Legionerlərimizin klubları bu gün növbəti oyunlarını keçirəcəklər

Legionerlərimizin klubları bu gün növbəti oyunlarını keçirəcəklər

Legioner həyatı yaşayan Azərbaycan millisinin üzvləri çıxış etdikləri komandalarda növbəti oyunlarına çıxacaqlar.

Mediasport.az xəbər verir ki, Amil Yunanovun komandası "Biliş" Albaniya Superliqasının 10-cu turunda "Teuta"nı qəbul edəcək.

Zamiq Əliyevin uğurları üçün çalışdığı "Eqnatia" evdə "Dinamo" (Tirana) ilə üz-üzə gələcək.

27 yaşlı forvard Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" "Reqensburq"la qarşılaşacaq.

Emil Mustafayevli "Polessye" "Kolos"u sınağa çəkəcək.

Cəlal Hüseynovlu "Arda" Bolqarıstan Parva Liqasında "Septemvri" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Azərbaycanlı hücumçu Rüfət Dadaşovun komandası "Dinamo" (Berlin) səfərdə "Eylenburq"un qonağı olacaq.

25 oktyabr

Bolqarıstan Parva Liqası. 9-cu tur

15:00 "Arda" - "Septemvri"

Albaniya Superliqası. 10-cu tur

16:00 "Biliş" - "Teuta"

16:00 "Eqnatia" - "Dinamo" (Tirana)

Ukrayna Premyer Liqası. 11-ci tur

19:00 "Polessye" - "Kolos"

Almaniya Şimal-Şərq Regional Liqası. 13-cü tur

20:00 "Eylenburq" - "Dinamo" (Berlin)

Almaniya 2-ci Bundesliqası. 11-ci tur

20:30 "Nürnberq" - "Reqensburq"