"Qarabağ"ın rəqiblərindən biri Lionda "Beşiktaş"a uduzdu, digərləri İsveçdə qarşılaşdı

"Qarabağ"ın rəqiblərindən biri Lionda "Beşiktaş"a uduzdu, digərləri İsveçdə qarşılaşdı

UEFA Avropa Liqasının əsas mərhələsində 3-cü turun oyunları keçirilib.

Mediasport.az xəbər verir ki, avrokuboklardakı yeganə təmsilçimiz "Qarabağ" Bakıda "Ayaks"a uduzub.

"Fənərbağça" doğma azarkeşlər önündə İngiltərə klubu "Mançester Yunayted"lə heç-heçə edib.

Türkiyənin digər təmsilçisi "Beşiktaş" səfərdə "köhlən atlar"ın da rəqiblərindən olan "Olimpik"i (Lion) məğlub edib.

Ağdam təmsilçisinin digər 2 rəqibi - "Malmö" və "Olimpiakos" İsveçdə münasibətlərinə aydınlıq gətiriblər.

"Tottenhem" isə "AZ Alkmaar"ı sınağa çəkib.

UEFA Avropa Liqası. Əsas mərhələ. 3-cü tur

24 oktyabr

"Ayntraxt" (Frankfurt, Almaniya) - RFŞ (Latviya) 1:0

"Midtyulland" (Danimarka) - "Union" (Belçika) 1:0

"Ferensvaroş" (Macarıstan) - "Nitsa" (Fransa) 1:0

"Makkabi" (Təl-Əviv, İsrail) - "Real Sosyedad" (İspaniya) 1:2

PAOK (Yunanıstan) - "Viktoriya" (Plzen, Çexiya) 2:2

"Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) 0:3

"Roma" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna) 1:0

"Anderlext" (Belçika) - "Ludoqorets" (Bolqarıstan) 2:0

"Atletik" (İspaniya) - "Slaviya" (Çexiya) 1:0

"Portu" (Portuqaliya) - "Hoffenhaym" (Almaniya) 2:0

"Tvente" (Niderland) - "Latsio" (İtaliya) 0:2

"Fənərbağça" (Türkiyə) - "Mançester Yunayted" (İngiltərə) 1:1

"Olimpik" (Lion, Fransa) - "Beşiktaş" (Türkiyə) 0:1

"Malmö" (İsveç) - "Olimpiakos" (Yunanıstan) 0:1

"Reyncers" (Şotlandiya) - FKSB (Rumıniya) 4:0

"Tottenhem" (İngiltərə) - "AZ Alkmaar" (Niderland) 1:0