Renatlı "Hatayspor" üçün ev sınağı, Şahruddinin komandasından "sülh"

Renatlı "Hatayspor" üçün ev sınağı, Şahruddinin komandasından "sülh"

Türkiyə Superliqasında 32-ci turun oyunları davam edir.

Mediasport.az xəbər verir ki, üçüncü oyun günündə 4 qarşılaşma keçiriləcək.

Azərbaycan millisinin üzvü Renat Dadaşovun komandası evdə "İstanbulspor"la üz-üzə gələcək.

Dünən keçirilən görüşlərdə isə yığmanın digər üzvü Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" doğma azarkeşlər önündə "Qaziantepspor"la heç-heçə edib (0:0). Qapıçı matça start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.

Yarışın turnir cədvəlində Adana təmsilçisi 40 xalla 11-ci, Hatay klubu isə 33 xalla 16-cı sıradadır.

Türkiyə Superliqası. 32-ci tur

14 aprel

"Pendikspor - "Başakşəhər"

"Hatayspor - "İstanbulspor"

"Rizespor - "Antalyaspor"

"Fatih Karagümrük - "Fənərbağça"