Maksim Medvedev Azərbaycan - İsveç matçı öncəsi mükafat aldı

Maksim Medvedev Azərbaycan - İsveç matçı öncəsi mükafat aldı

Azərbaycan milli komandasının və "Qarabağ"ın sabiq müdafiəçisi Maksim Medvedev mükafatlandırılıb.

Mediasport.az xəbər verir ki, veteran müdafiəçioyə UEFA Millətlər Liqası qrup mərhələsinin Azərbaycan - İsveç matçından öncə Tofiq Bəhramov adına Respublika stadionunda ölkə futbolundakı xidmətlərinə görə xüsusi çərçivəyə salınmış yığmamızın forması təqdim edilib.

Maksimi AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və millimizdə ən çox oyun keçirmiş "Zirə"nin hazırkı baş məşqçisi Rəşad Sadıqov (111 oyun) təltif edib.

Medvedev 2009-2022-ci illər ərzində millimizin heyətində 81 oyun keçirib, 4 qol vurub.