"Liverpul"dan 60 milyonluq transfer
2019-cu ildən "Brayton"da çıxış edən Argentina yığmasının futbolçusu Aleksis Makallister karyerasını "Liverpul"da davam etdirəcək.
mediasport.az xəbər verir ki, "qırmızılar" transfer üçün qarşı tərəflə 60 milyon funt sterlinq müqabilində razılaşıblar.
Yürgen Kloppun komandası dünya çempionu ilə 5 illik müqavilə bağlayacaq.
Hücumameylli yarımmüdafiəçi geridə qalan mövsüm ümumilikdə 40 oyun keçirib, 12 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.