"Baş verənləri öyrənəndən sonra şok yaşamışam" - FİFA prezidenti
FİFA prezidenti Canni İnfantino İndoneziya çempionatının "Arema" və "Persebaya" komandaları arasında keçirilmiş görüşündən sonra yaşanmış faciə barədə açıqlama verib. MediaSport.az xəbər verir ki, dünya futbolunun rəhbəri hadisələrdən dolayı şoka düşdüyünü deyib.
"Xəbəri eşidəndən, baş verənləri öyrənəndən sonra şok yaşamışam. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Bütün düşüncələrimiz və dualarımız hadisə qurbanlarının, xəsarət alanların yanındadır".
Qonaq komandanın 3:2 hesablı qələbəsi ilə yekunlaşan oyundan sonra polis və azarkeşlər arasında baş verən iğtişaşlar zamanı 174 nəfər dünyasını dəyişib, 200-dən çox yaralı var.