"Həyatımı xilas etdilər" - Braziliyalı göz yaşlarına hakim ola bilmədi

  "Həyatımı xilas etdilər" - Braziliyalı göz yaşlarına hakim ola bilmədi

"Tottenhem"in hücumçusu Rişarlison DÇ-2022-dən sonra psixoloji cəhətdən ciddi sarsıntı keçirib.

Mediasport.az xəbər verir ki, Braziliya milli komandasının üzvü psixoloq dəstəyindən yararlandığını, bunun çox vacib olduğunu söyləyib:

"Turnirdə mübarizəni dayandırmadan öncə karyeramın zirvəsinə yaxınlaşmağa yaxın idim. Məğlub olduqdan sonra hər şeydən uzaqlaşmaq istəyirdim. Özümü öldürmək istədiyimi deyə bilmərəm, amma depressiyadaydım. Düşünün, bunu zehni cəhətdən güclü Rişarlison deyir.

Psixoloqları istər bəyənin, istərsə də bəyənməyin: onlar həyatımı xilas etdilər. Yalnız neqativ düşünürdüm. Axtarış sistemlərində belə yalnız onlar haqda araşdırmalar edirdim. Əgər psixoloqa ehtiyac duyursunuzsa, mütləq addım atın. İstər bəyənin, istərsə də bəyənməyin. Onlar həyatımızı xilas edirlər".

Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatında Braziliya millisi Xorvatiyaya uduzaraq (1:1, penaltilər - 2:4) turnirlə vidalaşmışdı.