UEFA Avropa Konfrans Liqasında əsas mərhələ iki görüşlə başlayır

UEFA Avropa Konfrans Liqasında əsas mərhələ iki görüşlə başlayır

Bu gün yeni formatda təşkil edilən UEFA Avropa Konfrans Liqasının əsas mərhələsində mübarizəyə start veriləcək.

Mediasport.az xəbər verir ki, birinci oyun günündə 2 matç baş tutacaq.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Başakşəhər" doğma azarkeşlər önündə "Rapid"i qəbul edəcək.

Portuqaliya klubu "Vitoriya" isə "Selye"ni sınağa çəkəcək.

Xatırladaq ki, tura sabah yekun vurulacaq.

UEFA Avropa Konfrans Liqası. Əsas mərhələ. 1-ci tur

2 oktyabr

18:30 "Başakşəhər" (Türkiyə) - "Rapid" (Avstriya)

18:30 "Vitoriya" (Gimaraynş, Portuqaliya) - "Selye" (Sloveniya)