Premyer Liqada ümidləri doğrultmayan 10 uğursuz - SİYAHI

Premyer Liqada ümidləri doğrultmayan 10 uğursuz - SİYAHI

Məşhur "Goal" nəşri futbol üzrə İngiltərə Premyer Liqasında 2022/2023-cü illər mövsümünün ən uğursuz transferlərindən ibarət siyahı dərc edib.

mediasport.az xəbər verir ki, "10-luğ"a 58 milyon avro qarşılığında "Everton"dan "Tottenhem"ə transfer olunan Braziliya yığmasının üzvü Rişarlison başçılıq edir.

Onlar arasında ən bahalı transfer isə "Mançester Yunayted"in "Ayaks"dan 95 milyon avroya heyətinə qatdığı başqa bir braziliyalı - 22 yaşlı Antonidir.


1.Rişarlison (“Everton”dan “Tottenhem”ə, ​​58 milyon avro)

2.Mark Kukurelya (“Brayton”dan “Çelsi”yə, 65,3 milyon avro)

3.Kelvin Filipps  (“Lids”dən “Mançester Siti”yə, 49 milyon avro)

4.Mixail Mudrik (“Şaxtyor”dan “Çelsi”yə, 70 milyon avro).

5.Cessi Linqard  (“Mançester Yunayted”dən “Nottingem Forest”ə, pulsuz).

6.Antoni (“Ayaks”dan “Mançester Yunayted”ə, 95 milyon avro).

7.Artur (“Yuventus”dan “Liverpul”a, icarə)

8.Pyer-Emerik Obameyanq (“Barselona”dan “Çelsi”yə, 12 milyon avro)

9.Xalidu Kulibali (“Napoli”dən “Çelsi”yə, 38 milyon avro)

10.Rəhim Sterlinq (“Mançester Siti”dən “Çesli”yə, 56,2 milyon avro).