Mahir Emrelinin klubu İspaniya səfərində - Avropa Konfrans Liqası

Mahir Emrelinin klubu İspaniya səfərində - Avropa Konfrans Liqası

Bu gün futbol üzrə Avropa Konfrans Liqasında da pley-off mərhələsi start götürəcək.

Mediasport.az xəbər verir ki, ilk oyunlar çərçivəsində 8 qarşılaşma keçiriləcək.

Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su İspaniya səfərində “Betis”in qonağı olacaq.

Qeyd edək ki, yığmamızın forvardı zədəlidir.

Pley-offun cavab görüşləri fevralın 22-də baş tutacaq.


Avropa Konfrans Liqası. Pley-off. İlk oyunlar


21:45. Mölde (Norveç) – Legiya (Varşava, Polşa)

21:45. Olimpiakos (Yunanıstan) – Ferensvaroş (Macarıstan)

21:45. Yunion (Belçika) – Ayntraxt (Almaniya)

21:45. Şturm Qraz (Avstriya) – Slovan (Bratislava, Slovakiya)

00:00. Ayaks (Niderland) – Bude-Qlimt (Norveç)

00:00. Betis (İspaniya) – Dinamo (Zaqreb, Xorvatiya)

00:00. Makkabi (Hayfa, İsrail) – Gent (Belçika)

00:00. Servette (İsveçrə) – Ludoqores (Bolqarıstan)