"Mançester Siti" tarixində ilk dəfə UEFA Super Kubokunu qazandı
UEFA Avropa Super Kubokunun 2023-cü il üçün qalibi müəyyənləşib.
mediasport.az xəbər verir ki, Çempionlar Liqasının son qalibi "Mançester Siti" Avropa Liqasının sahibi "Sevilya"dan üstün olub.
Yunanıstanın Pirey şəhərində keçirilən final qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. İspaniya təmsilçisi fasiləyə üstün yollansa da, ingilislər ikinci hissədə bərabərlik qolunu vuraraq matçı penaltilər seriyasına aparıblar.
"Lotereya"da daha dəqiq olan Xosep Qvardiolanın komandası tarixində ilk dəfə Super Kubokun qalibi olub. "Şəhərlilər" son mövsümdə İngiltərə premyer Liqası və Federasiya Kubokunu da qazanıblar.