Çempionlar Liqasında 1/8 finalın püşkatmasının vaxtı dəqiqləşib

Çempionlar Liqasında 1/8 finalın püşkatmasının vaxtı dəqiqləşib

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasiminin vaxtı dəqiqləşib.

Mediasport.az xəbər verir ki, tədbir dekabrın 18-də UEFA-nın İsveçrədəki mənzil-qərargahında təşkil olunacaq.

Yarışın pley-off mərhələsinin oyunlarına 2024-cü il fevralın 13-də start veriləcək.

Çempionlar Liqasının qrup mərhələsinə dekabrın 13-də yekun vurulacaq.

Qeyd edək ki, Avropa qitəsinin bir nömrəli klub turnirinin final görüşü gələn il iyunun 1-də Londondakı (İngiltərə) “Uembli” stadionunda keçiriləcək.