Vüqar Kərəmovun Yaponiya döyüşünün vaxtı müəyyənləşdi
Azərbaycanın MMA döyüşçüləri Vüqar Kərəmov və Məhərrəm Həsənzadənin növbəti görüşlərinin vaxtı dəqiqləşib.
Mediasport.az xəbər verir ki, idmançılarımız rinqə noyabrın 17-də, Yaponiyanın Naqoya şəhərində çıxacaqlar.
Döyüşlər məşhur "Rizin" təşkilatının təşəbbüsü ilə keçiriləcək.
Kərəmov "Landmark 10" turniri çərçivəsində yerli idmançı Macima Kazumasa ilə üz-üzə gələcək.
Həsənzadənin rəqibi isə digər yaponiyalı Rikuta Şirakava olacaq.