İtaliya klubu 67 milyon avroluq 30 futbolçusunu icarəyə göndərib

İtaliya klubu 67 milyon avroluq 30 futbolçusunu icarəyə göndərib

Avropanın "böyük beşlik" çempionatlarında futbolçularını ən çox icarəyə göndərən klubların siyahısı tərtib edilib.

Mediasport.az xəbər verir ki, İngiltərədən 4, İspaniya və İtaliyadan 2, Fransa və Portuqaliyadan isə 1 klub sıralamada yer alıb.

Maraqlıdır ki, İtaliya A Seriyası təmsilçisi "Sassuolo" 30 futbolçusunu icarəyə göndərib.

Futbolçularını ən çox icarəyə göndərən klublar:

1. "Çelsi" (İngiltərə) - 8 futbolçu; ümumi bazar dəyərləri: 128 milyon avro

2. "Lids" (İngiltərə) - 12 futbolçu; ümumi bazar dəyərləri: 124 milyon avro

3. "Mançester Siti" (İngiltərə) - 7 futbolçu; ümumi bazar dəyərləri: 106 milyon avro

4. PSJ (Fransa) - 10 futbolçu; ümumi bazar dəyərləri: 97 milyon avro

5. "Barselona" (İspaniya) - 9 futbolçu; ümumi bazar dəyərləri: 90 milyon avro

6. "Yuventus" (İtaliya) - 13 futbolçu; ümumi bazar dəyərləri: 88 milyon avro

7. "Benfika" (Portuqaliya) - 7 futbolçu; ümumi bazar dəyərləri: 79 milyon avro

8. "Atletiko" (İspaniya) - 9 futbolçu; ümumi bazar dəyərləri: 74 milyon avro

9. "Sassuolo" (İtaliya) - 30 futbolçu; ümumi bazar dəyərləri: 67 milyon avro

10. "Vulverhempton" (İngiltərə) - 10 futbolçu, ümumi bazar dəyərləri: 67 milyon avro

Rövşən