Milan "İnter"inin yetirməsi: "Zirə" ilə avrokuboklarda çıxış etmək istəyirəm"
"Zirə" nin yeni transferi Pyer Zebli mediasport.az saytına müsahibə verib...
Premyer Liqada artıq 2 tur keçdi və hər iki görüşü qələbə ilə başa vurmusuz. Faktiki vəziyyət haqqında nə deyə bilərsən?
- Əlbəttə, sevindirici məqamdır. Ən vacib olan da yaxşı oynamaqdır. Fikrimcə, hər iki turda yaxşı mübarizə apararaq vacib qələbələr qazandıq. Bunu davam etdirməyə çalışacağıq.
Son çempion "Qarabağ" üzərində tarixdə ilk dəfə qələbə qazandız, ardınca eyni hesabla "Kəpəz"ə qalib gəldiz. Qələbələri necə şərh etmək olar?
- Hər iki qarşılaşma çox ağır keçdi, xüsusilə son illərin çempionu "Qarabağ"a qarşı oynamaq asan olmadı. "Kəpəz"lə görüş də ağır oyun idi. Rəqiblərimizi yaxşı analzi etmişdik. Baş məşqçinin tapşırıqlarını, verdiyi taktikanı maksimum düzgün yerinə yetirməyə çalışdıq. Sevinirəm ki, bizdə yaxşı alındı. Düzgün oynadıq və qələbələrimizi qazandıq.
Komandaya ən son qoşulan oyunçulardan olsan da, sanki çoxdandır burdasan. "Zirə"yə tam adaptasiya olunduğunu deyə bilərik?
- Bəli, burda yeniyəm. Məni hamı çox yaxşı qarşıladı, komandada ab-hava yüksək səviyyədədir. Daha tez və yaxşı adaptasiya olmağımda bunun köməyi var. Kollektivdə belə atmosfer olanda, təbii ki, futbolçu komandaya, yerli mühitə uyğunlaşma prosesini də rahat keçir.
Dünyaca məşhur "İnter"in yetirməsisən, Milan klubunun hansı komandasında oynamısan?
- Bəli, "İnter"in yetirməsiyəm, futbolun sirrlərini Milan klubunun akademiyasında öyrənməyə başlamışam. Amma əsas komandada oynamaq şansım olmayıb. "İnter"in gənclər komandasında çıxış etmişəm.
Bura gələnə qədər Bolqarıstanın "Lokomotiv" (Sofiya) klubunda oynamışdın. Azərbaycan və Bolqarıstan liqalarını necə müqayisə etmək olar?
- Məncə, elə də ciddi fərqi yoxdur. Futbol hər yerdə eynidir. Sadəcə, mühit bir qədər fərqlənə bilər. Meydanda isə baş məşqçinin tapşırıqlarını yerinə yetirirsən, taktikaya əməl edirsən. Ona görə ölkələrin bir-birindən çox fərqləndiyini düşünmürəm.
Yaşın çox deyil. Azərbaycana hansı məqsədlərlə gəlmisən, qarşına qoyduğun hədəflər nədir?
- İlk növbədə formasını geyindiyim komandaya kömək etmək üçün burdayam. Daha sonra özümü inkişaf etdirmək, "Zirə" ilə avrokuboklarda çıxış etmək istəyirəm. Bunun üçün bacardığımı edəcəm. İnanıram ki, komandama xeyirim dəyəcək.
Elvin