Tərlan Əhmədov: "Məğlubiyyətin səbəbkarı başda mənəm"
"Kəpəz" Premyer Liqanın 16-cı turu çərçivəsində Gəncədə "Sumqayıt"a məğlub oldu.
mediasport.az xəbər verir ki, qərb klubunun baş məşqçisi Tərlan Əhmədov görüşlə bağlı fikirlərini bildirib:
- "Məğlubiyyət xoş deyil. Məğlubiyyət həmişə acı olur. Bu gün çempionatda ən ağır oyunlarımızdan birini keçirəcəyimizi bilirdik. Kubokda qalib gəldiyimiz komandaya qarşı matç futbolçularda arxayınlıq yarada bilərdi. Ona görə əvvəldən bunu demişdim. 2 futbolçunun olmaması meydançada sxemi dəyişdirmişdi. Zamiq Əliyev və Giorgi Kantariyanın yoxluğunu nəzərdə tuturam. Kantariyanın olmaması səbəbindən orta xəttdə topa nəzarəti itirmişdik. Məğlubiyyət olub və artıq irəli baxmalıyıq. Hər halda hərdən enməlisən ki, qalxa biləsən. Uğurlu çıxışımızın davamını gətirmək istəyirdik. Amma alındıra bilmədik. Məğlubiyyətin səbəbkarı başda mənəm".