"Burada "Milan" daha çox ön plana çıxır" - Bəhlul Mustafazadə

"Burada "Milan" daha çox ön plana çıxır" - Bəhlul Mustafazadə

"Gərgin oyun oldu. Buna baxmayaraq, layiqli mübarizə apararaq qalib gəldik və pley-off mərhələsinə vəsiqə qazandıq. Bunun üçün çox xoşbəxtik. Uğurun davamını gətirmək üçün əlimizdən gələni edəcəyik".

Bu sözləri Mediasport.az saytına açıqlamasında "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə ötən gün UEFA Avropa Liqasının qrup mərhələsinin son oyununda İsveçin "Hekken" klubu üzərində qazanılan qələbə (2:1) və "pley-off"a adlamaları haqda danışarkən deyib.

Mustafazadə pley-off mərhələsində güclü kollektivlərlə qarşılaşa biləcəklərini söyləyib:

"Pley-off-da istənilən rəqib güclüdür. Komandalar arasında fərq qoymaq olmaz. Burada "Milan" daha çox ön plana çıxır, amma ümumilikdə, bütün kollektivlər güclüdür. Rəqib hansı komanda olacaqsa, maksimum nəticə üçün çalışacağıq".

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.