Milan "İnter"inin yetirməsini bu Azərbaycan klubu transfer edir

 Milan "İnter"inin yetirməsini bu Azərbaycan klubu transfer edir

İtaliya nəhəngi “İnter”in yetirməsi Pyerr Zebli karyerasını “Zirə”də davam etdirəcək.

MediaSport.az "Report"a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisi ilə razılığa gəlib.

Ötən mövsümü Bolqarıstan “Lokomotiv” (Plovdiv) klubunda keçirən afrikalının Rəşad Sadıqovun komandası ilə tezliklə müqavilə bağlayacağı gözlənilir.

Qeyd edək ki, Pyerr Zebli “İnter” akademiyasının yetirməsi olsa da, əsas komandada çıxış etməyib.

2016-cı ildə Fil Dişi Sahilinin U-20 yığmasında çıxış etmiş yarımmüdafiəçi İtaliyada “Peruca”, “Askoli”, “Kattolik”, Belçikada “Genk”, Bolqarıstanda "Lokomotiv"dən başqa “Çarsko”da da oynayıb.