Vətən müharibəsi şəhidinin qızı Albaniyada Avropa çempionu oldu
Azərbaycanın kiçik yeniyetmə taekvondoçusu Dərya Hüseyinova Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa birinciliyində uğurla çıxış edib.
Mediasport.az xəbər verir ki, bütün rəqiblərindən üstün olan idmançımız 24 kq çəki dərəcəsində qitə birincisi olub.
Dərya Hüseyinova 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Elbrus Hüseyinovun qızıdır.