"Neftçi"nin 6 futbolçusu "Şamaxı" ilə görüşdə oynaya bilməyəcək

"Neftçi"nin 6 futbolçusu "Şamaxı" ilə görüşdə oynaya bilməyəcək

“Neftçi” Azərbaycan Premyer Liqasının 13-cü turunda "Şamaxı" ilə görüşə ciddi itkilərlə çıxacaq.

Mediasport.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqi keçiriblər.

Paytaxt təmsilçisinin heyətində Mustafa Sek, Azər Salahlı, Alfa Konte, Andre Şinyaşiki və Filip Ozobiç zədə səbəbindən, Emil Səfərov isə cəzalı olduğu üçün oyunu kənardan izləyəcəklər.

Rəhman Hacıyevin oynaması da sual altındadır.

Sabah "Neftçi Arena"da baş tutacaq qarşılaşma saat 15:00-da başlanacaq.