"Zirə" səfərdə "Qəbələ"yə yalnız bir dəfə qalib gəlib - 31-ci DUEL

"Zirə" səfərdə "Qəbələ"yə yalnız bir dəfə qalib gəlib - 31-ci DUEL

Premyer Liqanın 13-cü turu çərçivəsində "Qəbələ" doğma meydanda "Zirə"ni qəbul edəcək.


mediasport.az
xəbər verir ki, görüş iki rəqib arasında 31-ci duel olacaq.


İndiyədək komandalar 30 dəfə görüşüb. 11 qələbə qazanan “Qəbələ” 13 heç-heçə edib və 6 dəfə məğlub olub. Rəqib qapısına 40 qol vuran “qırmızı-qaralar” 26 top buraxıb. Bölgə klubunun bu oyunlarda ən yaxşı bombardiri 4 qol vuran Aleksey Qaydır.


İndiyədək keçirilən 30 görüşdən 28-i çempionat, 2-si kubok çərçivəsində keçirilib. Premyer Liqada 9 dəfə rəqibini üstələyən "Qəbələ" 13 matçdan 1 xalla ayrılıb. Digər 6 matçda Bakı klubu qələbə qazanıb. Bu oyunlarda 33 qol vuran “qırmızı-qaralar” 24 top buraxıb.


“Qəbələ” 15-ci dəfə “Zirə”ni öz meydanında qəbul edəcək. 5 qələbəsi olan meydan sahibləri 8 "sülh"ə imza atıb və yalnız 1 dəfə uduzub. Doğma divarlar arasında 19 qol vuran komandamız 10 top buraxıb.