Milli komandamızın keçmiş futbolçusu 3 ildir bizneslə məşğuldur

Milli komandamızın keçmiş futbolçusu 3 ildir bizneslə məşğuldur

Bir müddətdir futboldan uzaqlaşan Azərbaycan milli komandasının sabiq hücumçusu Uğur Pamuk hazırda bizneslə məşğuldur.

mediasport.az xəbər verir ki, millimizin 34 yaşlı keçmiş üzvü bu barədə "apasport"a açıqlamasında deyib.

O, özünü yeni sahədə sınadığını bildirib: “İnşaat sahəsində işləyirəm. Futboldan uzaqlaşmışam. Amma özümü yaya hazırlayıram. Həvəskar komandada oynamaq istəyirəm. Bu da yayda reallaşa bilər”.

Əsas yığma komandamızda 1 oyun keçirən Uğur vaxtilə “Xəzər Lənkəran” və “Sumqayıt”ın formasını geyinib. Son klubu 2019/2020-ci illər mövsümündə Almaniyanın aşağı liqa təmsilçisi “Hikret” olub.