XXI əsrdə ən çox oyun keçirən Kriştiano Ronaldodur - 1145 matç!
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrdə ən çox oyun keçirən futbolçuların adlarını açıqlayıb.
mediasport.az xəbər verir ki, siyahıya portuqaliyalı Kriştiano Ronaldo başçılıq edir.
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayan 38 yaşlı hücumçu XXI əsrdə 1145 oyun keçirib.
Onu Dani Alveş və argentinalı Lionel Messi izləyirlər. Braziliyalının aktivində 1033 matç var, Leoda isə bu göstərici 1003-ə bərabərdir.