Qurban Qurbanovun uşaqlığını canlandıran aktyor Premyer Liqa klubunun prezidentinin oğlu imiş
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filmində baş məşqçinin uşaqlığını canlandıran rolun ifaçısının kimliyi məlum olub.
Mediasport.az xəbər verir ki, həmin rolun ifaçısı “Sabah” futbol klubunun prezidenti Maqsud Adıgözəlovun oğlu Amin Adıgözəlovdur.
9 yaşlı aktyor-futbolçu “Sabah” klubunun aşağı yaş qruplarında çıxış edir.
Qeyd edək ki, ötən gün Nizami Kino Mərkəzində baş tutan filmin təqdimatından sonra Qurban Qurbanov Amini öpərək oynadığı rola görə təbrik edib.
Filmi izləyənlər arasında Maqsud Adıgözəlov və ailə üzvləri də yer almışdılar.
Gənclər və idman Nazirliyinin dəstəyilə çəkilən ekran əsərinin rejissoru Əli-Səttar Quliyevdir.