"Neftçi" ilə oyundakı formaları internetdə satışa çıxardılar - FOTO

"Neftçi" ilə oyundakı formaları internetdə satışa çıxardılar - FOTO

"Fənərbağça" futbol klubu özəl, yeni transferlərin imzalı və xatirə formalarını internetdə satışa çıxarıb.

MediaSport.az xəbər verir ki, onlayn hərrac vasitəsilə auksiona qoyulan formalar arasında İstanbul klubunun futbolçularının bir neçə gün öncə Sankt-Peterburqda "Neftçi"yə qarşı matçda geyindikləri maykalar da yer alıb.

Məlumatı "sarı bülbüllər"in mətbuat xidməti paylaşıb.

Qeyd edək ki, "Fənərbağça" Rusiyada "PARI Premier Cup" turniri çərçivəsində baş tutmuş oyunda "ağ-qaralar"a 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu Türkiyə nəhənginin yeni transferi Edin Zeko vurub.