Acun daha bir klub aldı

Acun daha bir klub aldı

İngiltərənin Çempionşip təmsilçisi "Hall Siti"nin sahibi Acun Ilıcalı daha bir futbol klubunu satın alıb.

mediasport.az xəbər verir ki, türkiyəli iş adamı əsası 1895-ci ildə qoyulmuş İrlandiyanın "Şelburn" klubunun səhmlərinin çox hissəsinə yiyələnib.

Biznesmen bu haqda məlumatı sosial şəbəkə hesabında paylaşıb.