Yığma komandamızın üzvü Rumıniya Kubokunun qalibi oldu

Yığma komandamızın üzvü Rumıniya Kubokunun qalibi oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Yelizaveta Ruban Rumıniya Kubokunun qalibi olub.

mediasport.az xəbər verir ki, Rumıniya çempionatında mövsümü üçüncü pillədə başa vuran "Luqoj" "Tarqoviste" ilə həlledici görüşdə 3:1 (25:16, 26:24, 22:25, 25:21) hesablı qələbə qazanıb.

Yığmamızın üzvü matçın oyunçusu seçilib.