Azərbaycan çempionu iki legionerilə müqaviləni uzatmayıb

Azərbaycan çempionu iki legionerilə müqaviləni uzatmayıb

Bir neçə gün əvvəl qadın voleybolçular arasında Azərbaycan çempionu olan “Azərreyl” iki oyunçusu ilə yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, “dəmiryolçular” libero mövqeyində çıxış edən tailandlı Piyanot Pannoy və dominikanlı blokçu Cineri Martineslə vidalaşıblar.

Voleybolçularla başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, “Azərreyl” “Abşeron”a 3:1 hesabı ilə qalib gələrək qızıl medallara sahib çıxıb.