Yığmamız AÇ-yə hazırlıq çərçivəsində turnirdə yarışacaq
Mini-futbol üzrə Azərbaycan milli komandası aprelin 24-dən mayın 2-dək Monteneqroda təlim-məşq toplanışı keçəcək.
Mediasport.az xəbər verir ki, yığmanın baş məşqçisi Elşad Quliyev heyətə 20 futbolçu cəlb edib.
Azərbaycan aprelin 30-da Avropa çempionatının hazırlıq planına əsasən, Serbiya, Rumıniya, Monteneqro, Albaniya və Bosniya və Herseqovina millilərinin də qatıldığı turnirdə iştirak edəcək.
Qapıçılar: Davud Kərimi, Ağaseyid Qasımov (hər ikisi "Zirə" FK), Vəli Qafarov ("Birbaşa Bakı");
Müdafiəçilər: Müseyyib Vəliyev, Vüsal İsayev, Təmkin Xəlilzadə (hər üçü "Birbaşa Bakı"), Taleh Babayev, Ramiz Çovdarov, Elşad Manafov (hər üçü "Zirə" FK);
Yarımmüdafiəçilər: Elvin Əlizadə ("Birbaşa Bakı"), Məhəmməd Xəlilov, Rəvan Kərimov, Mirkamil Əliyev (hər üçü "Zirə" FK), Kamran Qürbətov, Təmraz Əmircanov (hər ikisi "Aznur");
Hücumçular: Eşqin Tağıyev, Mirmehdi Rzayev (hər ikisi "Birbaşa Bakı"), Samir Həmzəyev, Seymur Məmmədov ("Zirə" FK), Bəxtiyar Soltanov ("Odlar Yurdu").