Onur Quluzadə beynəlxalq turnirdə növbəti bürünc medalını qazandı

  Onur Quluzadə beynəlxalq turnirdə növbəti bürünc medalını qazandı

Birləşmiş Ərəb Əmirliklərində keçirilən "WTT Youth Contender" turnirinə yekun vurulub. 

Mediasport.az xəbər verir ki, yarışın son günündə yığma komandamızın aktivinə daha bir medal yazılıb.

13 yaşlı idmançiların şəxsi mübarizəsində 3-cü yeri tutan Onur Quluzadə bu gün 15 yaşlıların yarışında da eyni nəticəni təkrarlayıb. 

Buna qədər Rüstəm Hacılı - Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli şəxsi yarışlarda bürünc mükafata layiq görülmüşdü. 

Beynəlxalq yarışda ev sahibi Birləşmiş Ərəb Əmirlikləri ilə yanaşı, Azərbaycan, İngiltərə, İtaliya, Polşa, Slovakiya, Rumıniya, Çin, Cin Taypeyi, Honq Konq, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, İran, İraq, Filippin, Hindistan, Malaziya, Şri Lanka, Qətər, Benin, Qazaxıstan, Özbəkistan, Türkmənistan, İordaniya, Fələstin, Avstraliya, Misir və Nigeriya idmançıları mübarizə aparıblar.