Millimiz Gürcüstana uduzub

Millimiz Gürcüstana uduzub

18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik etdiyi komanda Tbilisidə gürcüstanlı həmyaşıdları ilə üz-üzə gəlib.

Matç meydan sahiblərinin 73:67 hesablı qələbəsi ilə başa çatıb.

Yığmamız Tbilisidə daha bir neçə yoxlama oyunu keçirməyi planlaşdırır.

Qeyd edək ki, basketbolçularımız Tbilisidəki təlim-məşq toplanışına iyunun 20-də start veriblər.