Azərbaycan yığmasının Dünya Seriyasında rəqibləri müəyyənləşdi

Azərbaycan yığmasının Dünya Seriyasında rəqibləri müəyyənləşdi

Azərbaycanın 3x3 basketbol millisinin Dünya Qadın Seriyasının Bakı mərhələsindəki rəqibləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 16 komandanın iştirak edəcəyi yarışda yığmamız C qrupunda mübarizə aparacaq.

Əsas raunddan yarışa qatılacaq təmsilçimiz Almaniyanın “Düsseldorf ZOOS” klubu və təsnifat mərhələsinin A qrupunda ilk pilləni tutacaq komanda ilə görüşəcək.

Avqustun 17-də “Düsseldorf ZOOS”la üz-üzə gələcək komandamız həmin gün təsnifatdan gələn komanda ilə də qarşılaşacaq.

İlk görüş saat 16:50-də, növbəti qarşılaşma isə 18:30-da başlanacaq.

Qeyd edək ki, Bakı mərhələsi avqustun 17-si və 18-də keçiriləcək.