"Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyə olsun"

"Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyə olsun"

"Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyə olsun".

Mediasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidmətinə açıqlamasında Azərbaycanın qızlardan ibarət  U-16 basketbol millisinin baş məşqçisi Evren Alkaya deyib.

Türkiyəli mütəxəssis Avropa çempionatının C divizionunun ilk matçında Ermənistan üzərində qazanılan qələbəni şərh edib:

"Görüşə yüksək səviyyədə hazırlaşmışdıq. Rəqibin hücumlarının qarşısını almağa çalışırdıq. Müdafiədə aqressiv oynadıq, rəqibə rahat oynamağa imkan vermədik. Hücumlarımızı məntiqi sonluqla başa vurmağı bacardıq. Ümid edirəm ki, nəticələrimiz uğurlu olacaq və çempionluq sevinci yaşayacağıq. Bu matçda qələbəyə inandıq və bunu bacardıq. Ermənistan üzərində qələbə Azərbaycan xalqına hədiyyə olsun".

Xatırladaq ki, komandamız qrupun ilk matçında Ermənistan yığması üzərində 86:59 hesablı inamlı qələbə qazanıb.