Millimiz tarixində ilk dəfə Avropa çempionatında üçüncü yeri tutub

Millimiz tarixində ilk dəfə Avropa çempionatında üçüncü yeri tutub

Bakıda keçirilən güləş U-23 Avropa çempionatında qadın güləşi üzrə Azərbaycan millisi üçüncü yerə çıxıb.

Mediasport.az xəbər verir ki, millimiz qitə birinciliyində uğurlu çıxış edərək tarixinin ən yüksək nəticəsinə imza atıb.

1 dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal qazanan yığmamız 76 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionatında üçüncü yeri tutub.

Ukrayna (168) birinci, Türkiyə (118) isə ikinci olub.

Xatırladaq ki, komandamızın tərkibində Jalə Əliyeva (57 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Elnurə Məmmədova (53 kq) gümüş, Ruzanna Məmmədova (59 kq) isə bürünc medal qazanıb.