Qazaxıstandan 5, Türkiyədən 4 medal

Qazaxıstandan 5, Türkiyədən 4 medal

Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında "Çempionlar" turnirinə start verilib.

Federasiyadan "mediasport"a verilən məlumata görə, yarışın ilk günündə 4 güləşçimiz fəxri kürsüyə qalxıb.

Qadın güləşində Ruzanna Məmmədova (55 kq), sərbəst güləşdə isə Ruslan Abdullayev (57 kq) gümüşmedal qazanıb. Digər sərbəst güləşçilərimizdən Cavidan Əhmədovla (70 kq) Zəfər Əliyev (97 kq) isə bürüncmedal əldə edib.

Ənənəvi turnir mayın 2-dək davam edəcək.

Azərbaycanın 17 yaşadək sərbəst güləşçilərdən ibarət yığması isə Qazaxıstanın Atırau şəhərində keçirilən beynəlxalq turnirdə 5 medal qazanıb.

Böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında millinin heyətində Yusif Dursunov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub.

Eltun Mamedov (45 kq) gümüş, Bəşir Verdiyev (51 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) isə bürünc medal qazanıblar.

Azərbaycan yığması komanda hesabında 3-cü yeri tutub.