Avropa çempionatı: Millimizin iki güləşçisi gümüş medal qazanıb
Azərbaycanın üç sərbəst güləşçisi Bakı İdman Sarayında keçirilən U-23 Avropa çempionatında medal görüşünə çıxıb.
Mediasport.az xəbər verir ki, finalçılarımız - Kənan Heybətov (70 kq) və Əli Tsokayev (79 kq) uduzaraq gümüş mükafat qazanıblar.
Rəvan Musayev (97 kq) isə bürünc medal uğrunda qarşılaşmada məğlub olub.
Qeyd edək ki, daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub.
Bir dəst (1 qızıl, 1 gümüş, 1 bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.