Azərbaycan güləşçisi dünya çempionatında ikinci yeri tutub

Azərbaycan güləşçisi dünya çempionatında ikinci yeri tutub

Sərbəst güləş yığmamızın üzvü Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Mediasport.az xəbər verir ki, 92 kq çəkidə yarışan təmsilçimiz həlledici dueldə qazaxıstanlı Rizabek Aytmuxanla qarşılaşıb.

Son saniyələrədək 2:0 hesabı ilə öndə olan idmançımız üstünlüyü əldən verib. 19 yaşlı qazaxıstanlı güləşçi 5:2 hesabı ilə dünya çempionu adını qazanıb, Nurmaqomedob gümüş medalla kifayətlənib.

79 kq-dakı təmsilçimiz Orxan Abbasov isə medal qarşılaşmasında İran idmançısı Məhəmməd Nokhodilarimiyə yenilərək beşinci yerlə kifayətlənib.