Millimizin üzvünün komandası Türkiyə Superliqasına yüksəlib
Basketbol üzrə Azərbaycan milli komandasının üzvü Orxan Aydının formasını geyindiyi “Yalovaspor” növbəti mövsüm Türkiyə Superliqasında çıxış edəcək.
Mediasport.az xəbər verir ki, yığmamızın 35 yaşlı basketbolçusunun komandası mövsümü vaxtından əvvəl çempionluqla başa vurub.
"Yalovaspor" 1-ci Liqanın 33-cü turunda “Finalspor” üzərində 74:65 hesablı qələbə ilə Elitaya çıxışını rəsmiləşdirib.
Bu, Yalova təmsilçisinin mövsümdə 28-ci qələbəsi olub.