"Birinci oyunumuzun doğma arenada olması yaxşı haldır"
"Lənkəran" Basketbol Klubunun baş məşqçisi Georgi Kondruseviç klubun mətbuat xidmətinə açıqlama verib.
Mediasport.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının 1-ci turunun "Gəncə" ilə oyunundan öncə bunları deyib:
"İlk rəsmi oyundan əvvəl həmişə həyəcan olur. Mövsümə yaxşı hazırlaşmışıq. Birinci oyunumuzun doğma arenada olması yaxşı haldır. Ümid edirəm ki, zalda basketbolsevənlər və bizim azarkeşlərimiz olacaqlar".
Belaruslu çalışdırıcı "Gəncə" ilə oyunun asan keçməyəcəyini bildirib:
"Rəqibə hörmətlə yanaşırıq. Evdə oynadığımız üçün əlimizdən gələni edəcəyik. Yaxşı oyun nümaiş etdirməyə çalışacağıq".
"Lənkəran" - "Gəncə" oyunu sabah 14:00-da start götürəcək.