Azərbaycan Kubokunda daha iki qarşılaşma baş tutub

Azərbaycan Kubokunda daha iki qarşılaşma baş tutub

Basketbol üzrə Azərbaycan Kubokunda növbəti oyunlar keçirilib.

Mediasport.az xəbər verir ki, B qrupunun ilk görüşü "Sabah" və "Şəki" komandaları arasında baş tutub.

"Sərhədçi" İdman Mərkəzində reallaşan matç paytaxt təmsilçisinin 103:82 hesablı qələbəsi ilə yekunlaşıb.

Qrupun digər qarşılaşmasında isə "NTD-İndiqo" "Sərhədçi"ni 104:70 hesabı ilə məğlub edib.

Qeyd edək ki, iki turdan sonra "NTD-İndiqo" 4 xalla liderdir. "Sərhədçi" 3 xalla 2-ci, "Sabah" isə iki xalla üçüncü pillədə qərarlaşıb.