Musa Qurbanlı Azərbaycan çempionatları tarixində 38-ci oldu

Musa Qurbanlı Azərbaycan çempionatları tarixində 38-ci oldu

Azərbaycan çempionatları tarixində 38-ci poker qeydə alınıb. MediaSport.az xəbər verir ki, bu, Premyer Liqanın VII turunda gerçəkləşib.

"Zirə" üzərində 7:1 hesablı qələbə qazanan "Qarabağ"ın hücumçusu vurduğu 4 qolla son 8 mövsümün də ilk pokerini reallaşdırıb. Son dəfə belə fərdi uğura 2015-ci il mayın 22-də “Simurq”la qarşılaşmada AZAL-ın forvardı Freddi Mombonqo (5:0) imza atmışdı.