Naxçıvanın 100 illik yubileyi münasibətilə birincilik keçiriləcək

Naxçıvanın 100 illik yubileyi münasibətilə birincilik keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə bilyard üzrə muxtar respublika açıq birinciliyi keçiriləcək.

Mediasport.az xəbər verir ki, tədbir avqustun 31-də Naxçıvanın Marvel Bilyard Klubunda reallaşacaq.

Yarışın məqsədi Naxçıvanın müxtəlif bölgələrindən gəlmiş bilyard ustalarını və həvəskarları bir araya gətirməkdir.

Turnirdə həm təcrübəli oyunçular, həm də bu idmana yeni başlayan gənclər iştirak edə biləcəklər.

Birincilik Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Bilyard Federasiyasının təşkilatçılığı ilə baş tutacaq.