"Qarabağ"ın futbolçularını məğlubiyyətdən "Atletiko"lu xilas etdi
"Qarabağ"ın futbolçuları - Marko Veşoviçlə Marko Yankoviçin formasını geyindiyi Monteneqro milli komandası yoldaşlıq görüşü keçirib.
mediasport.az xəbər verir ki, Slovakiya yığması ilə Podqoritsa şəhərində keçirilən oyun 2:2 hesabı ilə yekunlaşıb.
Qonaqlar 2:0 hesablı üstünlük qazansalar da, Monteneqro yığması kapitan Stefan Saviçin qolları sayəsində məğlubiyyətdən xilas ola bilib. "Qarabağ"ın üzvləri qarşılaşmaya start heyətdə başlayıb. Veşoviç 58-ci dəqiqədə, Yankoviç isə 70-ci dəqiqədə əvəzlənib.