Bakı şəhər birinciliyi keçirilib

Bakı şəhər birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped Federasiyası tərəfindən Bakı Veloparkında velosiped idman növü üzrə Bakı şəhər birinciliyi keçirilib.

Mediasport.az xəbər verir ki, yarışda 25 oğlan, 10 qız idmançı iştirak edib.

İki gün davam edən birinciliyin yekununda qalib və mükafatçılar Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.


Yeniyetmə oğlanlar (2010-2011) kateqoriyası

1-ci yer - İsmayılov Ümid 2010 (ROEQİUGVM) - vaxt-19.07.22

2-ci yer - Baxşıyev Cavid 2010 (ROEQİUGVM) - vaxt-19.22.55

3-cü yer - Aslanov Röyal 2010 (ROEQİUGVM) - vaxt-20.20.28

Yeniyetmə oğlanlar (2008-2009) kateqoriyası

1-ci yer - Nadirov Murad 2008 (“Təhsil RİM” PHŞ 7nİOUGİM) - vaxt-35.43.20

2-ci yer - Əliyev Rəşad 2008 (ROEQİUGVM) - vaxt-35.46.86

3-cü yer - Xudoyev Nihad 2009 (ROEQİUGVM) - vaxt-36.52.49