“Qəbələ” - “Qarabağ” oyununun tarixi və saatı açıqlanıb

“Qəbələ” - “Qarabağ” oyununun tarixi və saatı açıqlanıb

Futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü turdan təxirə salınmış “Qəbələ” - “Qarabağ” oyunun nə vaxt keçiriləcəyi açıqlanıb.

Mediasport.az PFL-ə saytına istinadən xəbər verir ki, görüş fevralın 28-nə təyin edilib.

Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutacaq və saat 19:00-da start götürəcək.

Qeyd edək ki, oyun fevralın 18-də keçirilməli idi, lakin “Qarabağ” klubunun rəsmi müraciəti, “Qəbələ” klubunun razılıq məktubunu və “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə oyununu nəzərə alan PFL matçı təxirə salıb.