"Beşiktaş" - "Makkabi" görüşünün keçiriləcəyi məkan müəyyənləşdi

  "Beşiktaş" - "Makkabi" görüşünün keçiriləcəyi məkan müəyyənləşdi

UEFA Avropa Liqasının əsas mərhələsində 4-cü turun "Beşiktaş" - "Makkabi" (Təl-Əviv) oyunu Macarıstanda baş tutacaq.

Mediasport.az xəbər verir ki, oyun noyabrın 28-də Debresen şəhərində keçiriləcək.

Təhlükəsizlik məsələlərinə görə görüş azarkeşsiz oynanılacaq.

Xatırladaq ki, İstanbul nəhəngi cari mövsüm Avroliqada keçirdiyi 4 oyunun 2-də uduzub, 2-də qələbə qazanıb.