XXI əsrdə Premyer Liqa: Yalnız “Qarabağ”, “Şəmkir” və “Neftçi”
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün qış çempionu “Qarabağ” 18 matçda 45 qol vurub.
Mediasport.az PFL-ə istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələrinin orta məhsuldarlığı 2,50-yə bərabərdir.
XXI əsrdə 6-cı dəfə 18 oyundan sonra komandalardan birinin məhsuldarlığı belə yüksək olub. Yalnız “Qarabağ”, “Şəmkir” və “Neftçi” buna nail olub.
“Qarabağ” 2003/04 mövsümündə 51, ötən çempionatda isə 48 dəfə fərqlənib. 2000/01 mövsümünün 18 oyununda 54 qol vuran “Şəmkir” bu göstəricidə əsrin rekordçusudur. Həmin mövsüm “Neftçi” 49, bir il sonra “Şəmkir” 46 qola imza atıb.
Qeyd edək ki, ölkə çempionatları tarixində ilk 18 tur üçün mütləq rekord 63 qola bərabərdir. 1998/99 mövsümündə “Kəpəz”in orta göstəricisi 3,50 olub.