Türkiyəli məşqçi "Neftçi"nin milyonluq təklifinə niyə "yox" dedi?

Türkiyəli məşqçi "Neftçi"nin milyonluq təklifinə niyə "yox" dedi?

Türkiyəli şərhçi Ahmet Ercanlar "YouTube" kanalında "Neftçi"nin İsmail Kartala təklif göndərdiyini söyləyib.

Mediasport.az xəbər verir ki, o, çalışdırıcının Bakı klubunda işləmək istəmədiyini deyib.

Qeyd edib ki, mütəxəssis "ağ-qaralar"ın çempionluq şansının olmadığını düşünərək təklifi geri çevirib.

Ercanlar "Neftçi"nin Kartala illik 1,5 milyon avro maaş təklifi etdiyini açıqlayıb.

Xatırladaq ki, 63 yaşlı məşqçinin son olaraq "Fənərbağça"da işləyib.