Azərbaycan Premyer Liqasında XXI əsrdə 3-cü məhsuldarlıq reallaşıb
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümü məhsuldar keçən I turla başlayıb.
Mediasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, start üçün XXI əsrin üçüncü göstəricisidir.
İlk turun 5 oyununda 16 qol vurulub.
“Araz-Naxçıvan” – “Qarabağ” (1:4) və “Zirə” – “Səbail” (4:1) görüşlərinin hərəsində 5, “Sabah” – “Şamaxı” (2:2) matçında 4, “Sumqayıt” – “Kəpəz” (2:0) qarşılaşmasında 2 top qeydə alınıb.
Yalnız “Neftçi” – “Turan Tovuz” görüşündə hesab açılmayıb.
Mövsümün ilk turunun orta məhsuldarlığı 3,20 olub. Yalnız iki dəfə I tur daha məhsuldar olub.
2001/2002 mövsümündə bu rəqəm 4,00-a, 2017/2018 mövsümündə 3,25-ə bərabər olub.
23 il əvvəl 5 oyunda 20 top vurulubsa, 7 il öncə 4 qarşılaşmada 13 qol qeydə alınıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə avqustun 2-də start verilib.