İspaniya finala yüksəldi!

İspaniya finala yüksəldi!

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə 17-ci Avropa çempionaında ilk finalçı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yarımfinalın ilk cütündə İspaniya və Fransa milli komandaları qarşılaşıblar.

İlk hissədə 2 qol vuran pireneylilər həlledici matça vəsiqə əldə ediblər.

Qızıl medal görüşünə vəsiqə alacaq digər yığma bu gün Niderland - İngiltərə oyununda məlum olacaq.


Avropa çempionatı. Yarımfinal


İspaniya - Fransa 2:1

Qollar: Lamin Yamal, 21, Dani Olmo, 25 - Randal Kolo Muani, 9.

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

Münhen, "Alyans Arena".